Sobozlayinin ən böyük xəyalı
Dominik Sobozlayinin ən böyük xəyalı gələcəkdə "Real Madrid"də çıxış etməkdir.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "los blankos" macarıstanlı futbolçunu yayda transfer etməyi planlaşdırır.
25 yaşlı yarımmüdafiəçinin "Liverpul"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, D.Sobozlayi cari mövsüm meydana çıxdığı 37 matçda 10 qol, 8 asistlə yadda qalıb.