"Son 8-9 il ərzində Lamin Yamal kimi oyunçuyla qarşılaşmamışam"
"İnter"in baş məşqçisi Simone İnzaqi “Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamal barədə fikirlərini açıqlayıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “İnter” komandası səfərdə “Barselona” ilə qarşılaşıb. 3:3 hesabı ilə yekunlaşan qarşılaşmada 17 yaşlı ispaniyalı futbolçu gözəl qollardan birinə imza atıb.
Görüşdən sonra təşkil olunan mətbuat konfransında İnzaqi, Yamal haqqında verilən sualı cavablandıraraq belə deyib:
"Son 8-9 il ərzində Lamin Yamal kimi oyunçuyla qarşılaşmamışam. Ona qarşı üç müdafiəçini cəlb etməyə məcbur olduq və təbii olaraq bu, “Barselona”nın oyununda bəzi boşluqların yaranmasına səbəb oldu."
Qeyd edək ki, Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsində qol vuran ən gənc oyunçu kimi tarixə düşüb və bununla da “Monako” klubunda çıxış etmiş Kilian Mbappenin rekordunu geridə qoyub.