Spaletti "Yuventus"la anlaşdı

"Roma"nın baş məşqçisi Luçano Spaletti növbəti mövsümdən "Yuventus"u çalışdıra bilər. Sportline.az Corriere della Seraya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis turinlilərlə şifahi razılığa gəlib. Onun "Roma" ilə müqaviləsinin müddəti bu yay bitir. Xatırladaq ki, "Yuve"nin baş məşqçisi Massimiliano Alleqri qitənin bir neçə nəhəng klubunun diqqət mərkəzindədir.