"Spartak" azərbaycanlı futbolçuya ehtiyac duymadı

Moskva "Spartak"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev bu mövsümü də "Anji"də keçirəcək. Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, daha bir il müddətinə Dağıstan təmsilçisinə icarəyə verilib.

Xatırldaq ki, istedadlı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısından qoşulduğu "Anji"nin heyətində 12 oyuna çıxıb.