"Spartak" "Qalatasaray"a rəsmi təklif ünvanlayıb
Moskva "Spartak"ı heyəti gücləndirməkdə davam edir.
Sportline.az xəbər verir ki, moskvalılar bu məqsədlə "Qalatasaray"a üz tutublar.
Jurnalist Yağız Sabunçuoğlunun sosial şəbəkədə paylaşdığı xəbərə görə, söhbət Kerem Aktürkoğlu ilə Derrik Köndən gedir.
Onun sözlərinə görə, "Spartak" bu futbolçulara görə İstanbul nəhənginə 22 milyon avro ödəməyə hazırdır.
Hər iki futbolçu ilə bağlı rəsmi təklif ünvanlandığı bildirilir.