Spiros Kapralos: “Bakı-2015 Avropa Olimpiya Hərəkatı üçün tarixi bir an idi”
“Bakı-2015 Avropa Olimpiya Hərəkatı üçün tarixi bir an idi”.
Sportline.az xəbər verir ki, bu fikirləri “Bakı-2015 – Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin təqdimat mərasiminə onlayn şəkildə qoşulan Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos səsləndirib.
AOK rəhbəri bildirib ki, ilk Avropa Oyunları - cəsarətli və iddialı layihə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Azərbaycan xalqının misilsiz səyləri nəticəsində həyata keçirilib:
“Hələ də o günləri unuda bilmirəm - hər bir arena, küçə və meydan bayram əhval-ruhiyyəsi, enerji, qürur və ehtirasla dolu idi. Avropanın dörd bir yanından gələn 5 mindən çox idmançı yalnız yarışmaq üçün deyil, həm də ömürlük dostluqlar və xatirələr qurmaq üçün bir araya gəlmişdi.
Bu, Avropanın birliyinin və vizyonunun nəyə qadir olduğunu bütün dünyaya göstərən əsl dönüş nöqtəsi idi”.