Sport7.az 4 yaşını qeyd edir

Oktyabrın 1-i Sport7.az saytının yarandığı gündür. 

Sportline.az xəbər verir ki, saytın 4 yaşı tamam olur.

2014-cü ilin 1 oktyabrında "Qaynar Media"nın tərkibində yaradılan Sport7.az, qısa müddətdə idman mətbuatında özünə layiqli yer tutub, cəmi 4 il ərzində ölkənin aparıcı idman saytlarından birinə çevrilib. Sayt hər gün operativ xəbərləri, maraqlı müsahibələri, reportajları ilə oxucuların görüşünə gəlir.

Sportline.az saytı Sport7.az-ın kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.