"Sportinq" Gyökeresin transfer qiymətini açıqlayıb

"Sportinq" isveçli futbolçusu Viktor Gyökeresin transfer qiymətini açıqlayıb.

Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubunun rəhbərliyi Gyökeres üçün 75 milyon avro tələb edir.

26 yaşlı forvardın "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gyökereslə "Mançester Yunayted", "Arsenal" və "Çelsi" yaxından maraqlanır.

O bu mövsüm çıxış etdiyi 40 matçda 39 qol və 9 asistlə yadda qalıb.