"Sportinq"i "Leipziq"ə dəyişdi

"Sportinq"in danimarkalı hücumçusu Konrad Harder karyerasını "Leipziq"də davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu yeni klubu ilə müqavilə imzalamaq üçün Almaniyaya gəlib.

"Leipziq" bu keçid üçün qarşı tərəfə 26 milyon avro ödəyəcək.

Qeyd edək ki, K.Harder bu mövsüm meydana çıxdığı 5 matçda 1 qolla yadda qalıb.