SportLine.az "İlin ən yaxşı saytı" seçildi
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatı - "MilliNet"in növbəti qalibləri müəyyənləşib. SportLine.az saytı "Media və informasiya" kateqoriyasında qalib olub.
Münfislər heyətinin səsverməsində daha çox xala layiq görülən SportLine.az "2018-ci ilin ən yaxşı media və informasiya saytı" olub.