SportLine.az saytı 3 yaşında!
Bu gün SportLine.az saytının 3 yaşı tamam olur.
Üç il öncə - 11 noyabr 2015-ci ildə Azərbaycan idman mətbuatında yeni informasiya portalı ilk addımlarını atmağa başlayıb. Qısa vaxtda öz auditoriyasını formalaşdıran SportLine.az saytı fəaliyyəti dövründə jurnalistikanın prinsiplərini əsas götürərək ölkəmizin, eləcə də, dünyanın idman yeniliklərini oxucularına dəqiq və qərəzsiz çatdırmağa çalışıb.
Saytın üç illik fəaliyyəti məhsuldar alınıb. AFFA yanında Media Komitəsinə üzv qəbul edilən SportLine.az komitənin bir neçə layihəsini uğurla həyata keçirib.
SportLine.az kollektivi bundan sonra da oxucularını yeni layihələrlə sevindirməyə çalışacaq və operativ xəbərlərlə onların informasiyaya olan tələbatını ödəmək üçün əlindən gələni edəcək.