Suarez İngiltərəyə qayıdır

"Sportinq"in forvardı Luis Suarez karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Liverpul" və "Nyukasl" 28 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Bu haqda "Sports Boom" nəşri məlumat yayıb.

Qeyd edək ki, L.Suarez cari mövsüm meydana çıxdığı 37 matçda 29 qol, 6 asistlə yadda qalıb.