"Sumqayıt" Boluda
"Sumqayıt" yeni mövsümə hazırlığın 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yollanıb.
SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, səhər saatlarında Bakıdan İstanbula yola düşən komanda oradan Boluya gedib.
"Sumqayıt" qonşu ölkədə ilk məşqinə axşam saat 17:30-da çıxıb.