"Sumqayıt" "Osmanlıspor"a uduzdu

Yeni mövsümə Boluda hazırlaşan "Sumqayıt" bu gün ilk yoxlama matçına çıxacaq.

SportLine.az xəbər verir ki, Samir Abasovunun komandası Türkiyənin "Osmanlıspor" klubu ilə üz-üzə gələcək. Superliqa təmsilçisi ilə oyun Bakı vaxti ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, 1978-ci ildə yaradılan və 2014-cu ildən “Osmanlıspor” adını daşıyan Türkiyə klubu ötən mövsüm UEFA Avropa Liqasında 1/16 final mərhələsinə qədər irəliləyib, ölkə çempionatında isə 13-cü yeri tutub.

“Osmanlıspor” (Türkiyə) - “Sumqayıt” (Azərbaycan) - 2:1
Qollar: 
Tonia Tisdell, 24, 26 - Amil Yunanov, 16