"Sumqayıt" - "Petrolul"

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, "kimyaçılar"ın növbəti rəqibi Rumıniyanın "Petrolul" klubu olub. 

Matç 1:1 hesabı ilə başa çatıb. "Sumqayıt"ın yeganə qolunu 90-cu dəqiqədə Pərdis Fərcad Azad vurub.

Xatırladaq ki, “Sumqayıt” buna qədər Antalyada Qazaxıstanın “Akjayık” (1:0), Rumıniyanın “Voluntari” (0:0) və İranın “Sepahan” (1:2) klubları ilə qarşılaşıb.