"Sumqayıt" Rail Məlikovla müqavilə yenilədi
"Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Rail Məlikov 2017/2018 mövsümündə də komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi cari mövsüm Topaz Premyer Liqada 24 qarşılaşmada ümumilikdə 2191 dəqiqə meydanda olub.
Xatırladaq ki, "Sumqayıt" bundan əvvəl Vurğun Hüseynovla yeni müqavilə imzalayıb.