"Sumqayıt" - "Səbail" matçının başlanma saatı açıqlandı

Artıq bir həftədir təlim-məşq toplanışını davam etdirən "Sumqayıt"ın "Səbail"lə keçirəcəyi yoxlama oyununun başlama saatı müəyyənləşib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Sumqayıtda keçiriləcək görüş iyulun 2-i saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında növbəti yoxlama matçı iyulun 8-i keçiriləcək.

Banner