"Neftçi" "Turan Tovuz"a məğlub oldu

"Neftçi" Azərbaycan Premyer Liqasının III turunda "Turan Tovuz"a məğlub olub.

Sportline.az xəbər verir ki,  "Neftçi Arena"da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 6-cı dəqiqədə Roberto Olabe paytaxt klubunun qapısından keçirib.

Qeyd edək ki, III turun bu gün baş tutan "Sumqayıt" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 1:1. Tura avqustun 31-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

1-ci dövrə, III tur

29 avqust

18:30. "Sumqayıt" – "Şamaxı" 1-0

Qollar: Rikardo Apolinario, 63 (avtoqol) - Edqar Adilxanov, 75

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Emin Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Feyzi Feyzullayev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:30. "Neftçi" – "Turan Tovuz" 0-1

Qol: Roberto Olabe, 6

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Neftçi Arena"

Qeyd edək ki, III tura avqustun 31-də yekun vurulacaq.