"Sumqayıt" Super Liqa komandasına qarşı

"Sumqayıt” 2017/18 mövsümü üçün hazırlığını davam etdirir. Sportline.az xəbər verir ki, hazırlıq prosesinin 2-ci mərhələsini Türkiyənin Bolu bölgəsində keçəcək komandamız 4 yoxlama oyununda qüvvəsini sınayacaq. 

Belə ki, “Sumqayıt” ilk olaraq, 17 iyul tarixində Super Liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Qeyd edək ki, 1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Webo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.

"Sumqayıt" növbəti yoxlama oyununu 20 iyul tarixində Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh” komandasına qarşı keçirəcək. 1958-ci ildə yaranmış klub son mövsümdə Səudiyyə Ərəbistanı Professional Liqasını 8-ci yerdə bitirib.

3-cü yoxlama görüşündə "Sumqayıt" 23 iyul tarixində Türkiyə təmsilçisi “Sivasspor”la qarşılaşacaq. 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü TFF 1. Liqasını lider olaraq tamamlayaraq, Superliqaya yüksəlib. Təmsilçimiz son yoxlama oyununu isə 28 iyul tarixində Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun”a qarşı keçirəcək. 1956-cı ildə qurulmuş Burayda təmsilçisi 2016/17 mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 8-ci yeri tutub.