"Sumqayıt" Türkiyə klubuna qarşı

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Sumqayıt" qonşu ölkədə növbəti yoxlama oyununa çıxacaq.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Superliqada çıxış edən "Gaziantep" kollektivi ilə qarşılaşacaq.

"Boluspor" klubunun bazasında keçiriləcək oyun sabah Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.