"Sumqayıt" Türkiyəyə yola düşür

"Sumqayıt” Topaz Premyer Liqasının 2017/2018 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq.

"Sumqayıt"  Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər barəsində əlavə açıqlama veriləcək.

Banner