"Sumqayıt" vətənə qələbə ilə dönür

2017/2018 mövsümünə Boluda hazırlaşan "Sumqayıt"  sonuncu yoxlama matçına çıxıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" Səudiyyə Ərəbistanın "Al-Taawoun" klubu ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib.

"Al-Taawoun" - "Sumqayıt" -  0:1
Qol:
 Cavid İmamverdiyev, 3

Bununla da, "Sumqayıt"  Bolu toplanışını başa vurub. Komanda səhər saatlarında ölkəmizə qayıdacaq.

Qeyd edək ki, "Al-Taawoun"  Səudiyyə Ərəbistanın Peşəkar Liqasında 7-ci yeri tutub.