“Sumqayıt” Vurğun Hüseynovla müqaviləni uzatdı
"Sumqayıt" 2017/2018 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə yenilənib. 29 yaşlı müdafiəçi klubla daha bir illik müqavilə bağlayıb.
4 mövsümdür “Sumqayıt”ın şərəfini qoruyan Vurğun ümumilikdə bu komandada 111 qarşılaşmada meydana çıxıb.