"Sumqayıt"dan daha bir transfer

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti transferini rəsmiləşdirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi daha bir futbolçu ilə müqavilə imzalayıb.

Belə ki, son olaraq "Neftçala" çıxış etmiş qapıçı Əli Həsənli “Sumqayıt”a keçib. 20 yaşlı qolkiper yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Sumqayıt” bundan öncə Fərhad Vəliyev, Budaq Nəsirov, Kamran Abdullazadə və Ruslan Tağızadəni heyətinə qatıb.