“Sumqayıt”ı məğlub edən “İmişli”yə texniki məğlubiyyət veriləcək

Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"ı məğlub edən "İmişli" komandasına texniki məğlubiyyət veriləcək.

Sportline.az xəbər verir ki, buna "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub. 

İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb. 

Qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

72-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin qapıçısı Mehdi Cənnətov avtoqol müəllifi olub. 

Günün ikinci oyununda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. 

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.