Super Liqa: "Fənərbağça"da mövsümün ilk qolu Edin Cekodan

Türkiyə Super Liqasının birinci turunda "Fənərbağça" doğma meydanda "Adana Demirspor"la qarşılaşır.

Sportline.az xəbər verir ki, matçın ilk hissəsindən sonra hesab 1-0 "sarı-lacivərtlilər"in xeyrinədir. "Fənərbağça" adına mövsümdə ilk qolun müəllifi Edin Ceko olub.Bosniyalı hücumçu 34-cü dəqiqədə komandasını irəli çıxarıb.

Qeyd edək ki, Super Liqada günün ilk oyununda "Konyaspor" "Kasimpaşa"nı 3-2 hesabı ilə məğlub edib.