Superkompüter ÇL-də qələbəyə əsas namizədi açıqlayıb
"Opta" superkompüteri UEFA Çempionlar Liqasında qələbəyə əsas namizədin adını açıqlayıb.
Sportline.az xəbər verir ki, ehtimallar 1/4 finalın ilk oyunlarından sonra irəli sürülüb.
Superkompüterin qənaətincə kuboku qazanmağa ən real namizəd "Arsenal"dır.
Londonluların şansları 28 %-ə bərabərdir. İkinci yerdə 22,4 %-lə "Barselona" komandasıdır.
İlk üçlüyü isə İtaliyanın "İnter" klubu qapayır. Milanlıların imkanları 21,1% qiymətləndirilir.