Tadiç “Əl-Vahda” transfer olub

"Fənərbağça"dan ayrılan Duşan Tadiçin yeni ünvanı məlum olub.

Sportline.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Tadiç "Əl-Vahda" klubu ilə razılığa gəlib. Bu barədə məlumatı klubun mətbuat xidməti açıqlayıb. 36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.