Taekvondoçumuz dünya çempionu oldu

Azərbaycanın taekvondo millisiMançester şəhərində dünya çempionatında uğurla çıxış edib.

Sportline.az xəbər verir ki, idmançılarımız 1 qızıl və 1 bürünc medal qazanıblar.

Yarışın son günündə millimizin titullu idmançılarından olan Milad Beigi Hərçəqani 80 kq çəki dərəcəsində ikincə dəfə dünya çempionu olub. O, finaladək Kuba, Fransa, Moldova və Koreya idmançısına qalib gəlib. Həlledici görüşdə yunanıstanlı rəqibinə 22:12 hesabı ilə üstün olan taekvondoçumuz dünya çempionu olub. Qadın taekvondoçumuz Fəridə Əzizova isə 67 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, yarışı bürünc medalla bitirib.

Əlavə edək ki, yığmamız yarışlarda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə iştirak edib.