Tahir Gözələ xatirə hədiyyəsi

İngiltərədə keçiriləcək Avropa Liqasının VI tur matçından əvvəl "Arsenal" və "Qarabağ" klublarının rəhbərliyi rəsmi yeməkdə bir araya gəliblər.  

SportLine.az Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, yemək zamanı London təmsilçisinin CEO-su Çips Kesvik "Qarabağ"ın vitse-prezidenti Tahir Gözələ xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.