Tayler Adams Mançester yolunda
"Mançester Yunayted" Tayler Adamsı heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Mark Brus məlumat yayıb.
27 yaşlı futbolçunun "Bornmut"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, T.Adams bu mövsüm meydana çıxdığı 19 oyunda 2 qol, 1 asistlə yadda qalıb.