Təbriz ağ örpəyə bürünüb

Güclü qar İran çempionatının 13-cü turunda təxirəsalmalara səbəb olub. Sportline.az xəbər verir ki, ötən gün Təbrizin “Traktorsazi” klubu ilə “Sepidrood Raşt” arasında keçirilməsi nəzərdə tutulan oyun da bu siyahıdadır. 
Təbrizə yağan güclü qar üzündən həmin oyun bu gün saat 14:00-da keçiriləcək.

Qeyd edək ki, "Traktorsazi" 12 xalla 14-cü pillədə qərarlaşıb.