Təbriz klubu tarix yazdı

Asiya Çempionlar Liqasında 5-ci turun görüşləri keçirilib. SportLine.az xəbər verir ki, yarışda çıxış edən Təbrizin "Traktor Sazi" klubu növbəti matçına çıxıb. 

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə qarşılaşan Cənubi Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə ilə qrup liderliyini təmin edib. Bu nəticə ilə "Traktor Sazi" tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb.

19 aprel 2016
Asiya Çempionlar Liqası, 5-ci tur


"Əl-Hilal" - "Traktor Sazi" - 0:2
QOLLAR: 
Aloys Nonq, 66 (0:1), Fərzad Hatəmi, 82 (0:2)