Teo Hernandez karyerasını İngiltərədə davam etdirə bilər
"Milan"ın fransalı futbolçusu Teo Hernandez karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Çelsi", "Tottenhem" və "Mançester Siti" Teo ilə yaxından maraqlanır.
27 yaşlı futbolçunun hazır ki dəyəri "Transfernarkt" portalına görə 40 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Teo Hernandez 2019-cu ilin yayında "Real Madrid"dən "Milan"a 22.8 milyon avro qarşılığında transfer olmuşdu.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 5 qol və 6 asisttlə yadda qalıb.