Teo üçün İngiltərədən təklif var
"Mançester Yunayted" "Milan"ın fransalı müdafiəçisi Teo Hernandezi transfer siyahısına əlavə edib.
Sportline.az "Planeta Milan"a istinadən xəbər verir ki, İngiltərə klubu Teo üçün "Milan"a 50 milyon avro təklif edib.
"Milan" 27 yaşlı futbolçunu satmağa hazırdır.
Qeyd edək ki, T.Hernandez cari mövsüm çıxış etdiyi 35 matçda 4 qol və 5 asistlə yadda qalıb.