Terror Türkiyəyə gedəcək klubun planlarını dəyişdi
Təbrizin "Traktor Sazi" klubu qış hazırlıq planlarını dəyişib. SportLine.az xəbər verir ki, Antalyada təlim-məşq prosesinə hazırlaşan təbrizlilər Türkiyəyə getməkdən imtina edib. Buna səbəb, bir neçə gün əvvəl İstanbulda törədilən terror aktıdır.
Xatırladaq ki, "Traktor Sazi" Antalyada Azərbaycanın "Zirə" və "Sumqayıt" klubları ilə yoxlama görüşləri keçirməli idi.