TFF Mourinyonun cəzasını yarıya endirdi
Türkiyə Futbol Federasiyası "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyonun 4 oyunluq cəzasını 2-ə endirdi.
Sportline.az xəbər verir ki, bu həftə Türkiyədə azarkeşlər İstanbul derbisinə şahidlik etdilər. Qolsuz bərabərliklə başa çatan matçdan sonra olanlar daha çox danışılmağa başladı.
Oyundan sonra əvvəlcə Mourinyo türk hakimlərə, "bu oyunu siz idarə etsəydiniz, biyabırçılıq olardı", deyə bildirdi. Daha sonra o, müsahibə verərkən "Qalatasaray" cəbhəsinə, "meymun kimi tullanırdılar", bənzətməsini etdi. Buna cavab olaraq "Qalatasaray"ın baş məşqçisi Olan Buruk onu "ağlağan biri" olaraq dəyərləndirdi.
Bundan sonra işə TFF qarışdı. İlk öncə Mourinyoya 4 oyun cəza, Okan Buruka isə 2 oyunluq cəza verilmişdi. Bu gün baş tutan appelyasiya məhkəməsindən sonra portuqaliyalı mütəxəssisin cəzası 2-ə endirildi.