TFF prezidenti: Montella Türkiyə millisində qalacaq
Monetlla Türkiyə millisindəki işinə davam edəcək.
Sportline.az xəbər verir ki, bunu Beinsports kanalına qonaq olan Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu deyib.
Türkiyə millisinin Avro 2024-dəki çıxışından razı qalan Hacıosmanoğlu millinin baş məşqçisi Montella barəsində bu fikirləri səsləndirib:
"Super Kubok oyununda Montella ilə görüşdük. Onunla bir iclas keçirəcəyik. Montella davam edəcək. Bizim vəzifəmiz onlara daha yaxşı şərait yaratmaqdır. İnşallah daha yaxşısını edəcəyik. Milli komandada da bəzi problemlər var. Hakan Çalhanoğlu seçkilərdən sonra mənə zəng etdi və "Başqanım gözümüz aydın olsun, təbrik edirəm" dedi. Bunda belə bir mesaj var" deyə Hacıosmanoğlu açıqlamasında bildirib.
Qeyd edək ki, Vincenzo Montella 2023-cü ilin sentyabr ayından Türkiyə millisində çalışır.