Tiaqo Motta niderlandlı futbolçudan əl çəkmək niyyətində deyil

"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az "Sport media set"ə istinadən xəbər verir ki, "Yuventus"un italiyalı baş məşqçisi Tiaqo Motta Zirkzenin transferində israrlıdır.

"Yuventus" qış transfer pəncərəsi dövründə Zirkzeni heyətinə qata bilər.

İtaliya klubunun rəhbərliyi 23 yaşlı futbolçu üçün "Mançester Yunayted"ə 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Zirkze iyun ayında 42 milyon avro qarşılığında "Bolonya" klubundan "Mançester Yunayted"ə transfer olunub.

O cari mövsüm çıxış etdiyi 25 matçda 4 qol və 2 asistlə yadda qalıb.