Tiaqo Silva evinə qayıdır
"Porto"dan azad agent kimi ayrılan Tiaqo Silva yenidən doğma klubu "Milan"da çıxış edə bilər.
Sportline.az xəbər verir ki, bu haqda ESPN Brasil nəşri məlumat yayıb.
"Rossonerilər" təcrübəli stopperin meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, T.Silva 2009-2012-ci illərdə "Milan"da çıxış edib.