Ticcani Reynders "Mançester Siti"nin hədəfindədir

"Milan"ın niderlandlı futbolçusu Ticcani Reynders "Mançester Siti"nin transfer hədəfinə çevrilib.

Sportline.az jurnalist Rudi Qalettin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Reynders üçün qarşı tərəfə 60 milyon avro təklif edib.

"Milan"ın rəhbərliyi isə bu təklifə cavab verməyib. Oyunçunun klubla müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Reynders bu mövsüm çıxış etdiyi 46 matçda 14 qol və 4 asistlə yadda qalıb.