Tilemans "Aston Villa"dan ayrılmaq istəyir

"Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemans yayda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

28 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 22 matçda 1 qol, 5 asistlə yadda qalıb.

Qeyd edək ki, Y.Tilemansın klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.