Tonali İtaliya A Seriyasına qayıda bilər

"Yuventus" "Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonalini transfer etmək istəyir.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu mövsümün sonunda Tonali üçün "Nyukasl"a rəsmi təklif göndərəcək.

24 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Tonali bu mövsüm çıxış etdiyi 39 matçda 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.