Tonali komandasını dəyişir

"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" italiyalı futbolçuya elçi düşüb.

"Team Talk"un yaydığı məlumata görə, "qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Tonali cari mövsüm meydana çıxdığı 47 matçda 3 qol, 7 asistlə yadda qalıb.