Tonali “Mançester Yunayted”ə keçir?
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali “Mançester Yunayted”in maraq dairəsinə daxil olub.
Sportline.az xəbər verir ki, İngiltərə klubu yay transfer pəncərəsində 25 yaşlı italiyalı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Tonalinin “sağsağanlar”la müqaviləsi hələ 3 il davam edəcək.
Bu mövsüm o, “Nyukasl”da 46 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.