Tonali seçim etməlidir

"Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonali yayda klubdan ayrılma ehtimalı böyükdür.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" 25 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.

İtaliya millisinin üzvü "Nyukasl"dan ayrılmağa isti yanaşır.

Qeyd edək ki, Sandro Tonali bu mövsüm meydana çıxdığı 47 matçda 3 qol, 7 asistlə yadda qalıb.