Tonalinin meneceri İspaniya nəhəngi ilə görüşüb
“Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçunun meneceri “Real Madrid”lə danışıqlar aparır.
Bu haqda “Team Talk” nəşri məlumat yayıb.
“Los blankos” Tonalinin oyun tərzini bəyənir. Rəhbərlik bu transferi nəzərdən keçirəcək.
Qeyd edək ki, “Real”la yanaşı, “Mançester Yunayted”də Tonali ilə ciddi şəkildə maraqlanır.