Tonalinin transfer qiyməti açıqlandı

"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalinin transfer qiyməti açıqlanıb.

Sportline.az xəbər verir ki, italiyalı futbolçunun transfer məbləği 100 milyon avrodur.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, S.Tonali cari mövsüm meydana çıxdığı 46 matçda 3 qol, 7 asistlə yadda qalıb.