Toni Kroos gələcəyini müəyyənləşdirib

"Real"ın sabiq yarımmüdafiəçisi Toni Kroos məşqçiliklə məşğul olmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, o, UEFA-nın RFEF kurslarına yazılıb.

Bu haqda Relevo nəşrində məlumat yayılıb.

Bu kursla "Real" klubunun dəstəyi ilə keçirilir.

Qeyd edək ki, almaniyalı futbolçu madridlilərlə ötən mövsümün sonunda başa çatan müqaviləni uzatmamışdı.

AVRO-2024-dən sonra isə karyerasını bitirdiyini elan etmişdi.