Torreyra "Qalatasaray"dan ayrıla bilər

"Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "Boka Xuniyors" Torreyranı transfer etmək üçün hərəkətə keçib.

29 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 15 milyon avrodur.

Qeyd edək ki, Torreyranın "Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.